Elan!
01/01/1970Birinci Türkoloji Qurultayın
90 illik yubileyinə həsr olunmuş
«MÜASİR TÜRKOLOGİYA: DÜNƏN, BU GÜN VƏ SABAH (PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR)»
mövzusunda
Beynəlxalq elmi konfrans keçirəcək
Məqalələrin tərtibat forması.
Məqalə mətninin səhifə parametrləri: Konfransa təqdim olunan məqalələr 5 səhifədən az olmayaraq, “Times New Roman” şriftində, 14 ölçüdə, sətir aralığı 1,5 interval, və soldan 3 sm, sağdan 1,5 sm, aşağıdan və yuxarıdan 2,5 sm yazılmalıdır.
Məqalənin əvvəlində ingilis dilində xülasə və açar sözlər verilməlidir. İngilis dilində təqdim olunan məqalələrin xülasəsi və açar sözləri Azərbaycan dilində olmalıdır. Məqalələrin məzmunun dilçiliyin və ədəbiyyatşünaslğın müxtəlif sahələrinə həsr oluna bilər.
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis dilləri.
Materialın disk yazısı (CD) və kağıza köçürülmüş nüsxəsi 2016-cı il oktyabr ayının 20-dək konfransın təşkilat komitəsinə təqdim edilməli və ya [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Konfransın materialları ayrıca kitab şəklində nəşr ediləcəkdir.
Təşkilat komitəsinin ünvanı: AZ 1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universiteti, «Türkoloji araşdırmalar» Elmi tədqiqat laboratoriyası, 206-cı otaq
Əlaqə telefonu: +994554183532 e-mail: [email protected]
