Home AZ | EN | RU

ELAN - 8 Noyabr – Zəfər Gününə həsr olunmuş esse müsabiqəsi

12/10/2023

Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyəti “Ordumuzun Zəfəri - Dilimizin Zəfəri” adlı esse müsabiqəsi elan edir.
Müsabiqə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələri arasında keçirilir.
Təqdim olunan esselərin mətnləri 750-1000 söz həcmində (3-4 səh), “A4” formatda, Times New Roman şrifti ilə, 14 ölçüdə, sətirlərarası interval 1.5, səhifəkənarı ölçülər 2 sm olmaqla hazırlanmalıdır.  
Mətnin əvvəlində essenin adı (ortadan) böyük hərflərlə və tünd qara şriftlə yazılmalıdır.
Essenin adının altında tünd-qara şriftlə (yalnız ilk hərfləri böyük olmaqla) müəllifin adı, soyadı, atasının adı; aşağı hissədən işlədiyi və ya təhsil aldığı müəssisə, ixtisası, kursu, qrup nömrəsi, vəzifəsi (təhsil pilləsi), əlaqə nömrəsi və mail (elektron poçt/imeyl) ünvanı qeyd olunmalıdır.
I, II və III yerin sahibləri diplom və müxtəlif kitab hədiyyələri ilə təltif olunacaq.

Esselərin son göndərilmə tarixi: 01.11.2023
Esselərin göndəriləcəyi ünvan: bdu.tec.filologiya@outlook.com
Əlaqə: +994 55 213 72 31

Bookmark and Share