ELAN - Azərbaycan dilçiliyi kafedrasının dissertantı Kərimli Vüsalə Qalib qızının ilkin müzakirəsi keçiriləcək
20/09/202128 sentyabr 2021-ci il saat 14:00-da Filologiya fakültəsi Azərbaycan dilçiliyi kafedrasının dissertantı Kərimli Vüsalə Qalib qızının 5706.01 – “Azərbaycan dili” ixtisası üzrə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Mir Cəlal Paşayevin bədii nəsrində sintaktik bütövlər” mövzusunda təqdim olunmuş dissertasiyasının Microsoft Teams platformasında onlayn şəkildə ilkin müzakirəsi keçiriləcəkdir.
Arzu edənlər turkanmustafazada@bsu.edu.az elektron poçt ünvanına müraciət etməklə iştirak edə bilərlər.
Auditoriya 099
