ELAN - “Filoloji tədqiqlər: ədəbiyyatşünaslıq və dil məsələləri” adlı beynəlxalq qrifli (İSBN) topluya məqalələr qəbul edilir
05/06/2023Bakı Dövlət Universiteti Filologiya fakültəsi Azərbaycan ədəbiyyatı tarixi kafedrası nəzdində fəaliyyət göstərən “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-in təsis etdiyi “Filoloji tədqiqlər: ədəbiyyatşünaslıq və dil məsələləri” adlı beynəlxalq qrifli (İSBN) topluya məqalələr qəbul edilir. Topluya göndərilən məqalələrin aşağıdakı qaydalara uyğun tərtib edilməsi tələb olunur:
- Məqalənin həcmi mətn, ədəbiyyat siyahısı və xülasələrlə birlikdə 7 səhifədən az olmamalıdır.
- Məqalənin mətni Arial şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1.5, səhifəkənarı ölçülər: yuxarı və aşağı 2, sol 3, sağ 1.5 sm olmaqla yığılmalıdır.
- Mətnin əvvəlində (sağ küncdə) tünd-qara şriftlə müəllifin adı və soyadı (Nümunə: Sabir MEHDİYEV); aşağıdan elektron poçt ünvanı yazılmalı, aid olduğu təşkilatın adı, elmi dərəcəsi, vəzifəsi isə soyadın üzərinə qeyd (*) işarəsi qoymaqla həmin səhifənin sonunda göstərilməlidir. Daha sonra məqalənin adı (ortadan) böyük hərflərlə və tünd-qara şriftlə yazılmalıdır.
- Məqalənin məzmunu elmi yeniliyi və aktuallığı ilə seçilməli, mətn “Giriş”, “Əsas” və “Nəticə” hissələrinə bölünməlidir. Məqalədə ədəbi dil normalarına ciddi əməl edilməli, orfoqrafiyası və üslubu düzgün olmalıdır.
- Mətnin sonunda “İstifadə olunmuş ədəbiyyat” başlığı altında əlifba sırasına uyğun ədəbiyyat siyahısı təqdim edilməlidir. Ədəbiyyat siyahısına yalnız məqalədə istinad olunmuş mənbələr daxil edilə bilər.
- Mətndə istinadlar səhifənin aşağısında deyil, mətnin içərisində [6, s. 158] şəklində göstərilməli, ədəbiyyat siyahısı aşağıdakı qaydalar nəzərə alınmaqla verilməlidir. Nümunə:
Kitab:
Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 258 s.
Məqalə:
Vəliyev M. Klassik Azərbaycan poeziyasında lirik qəhrəmanın ikili xarakteri // Filologiya məsələləri, № 2, Bakı, 2014, s. 400-404
- Ədəbiyyat siyahısından sonra məqaləyə mətnin yazıldığı dildən başqa iki dildə açar sözlər və xülasələr əlavə edilməlidir. Ən azı 5 açar söz, 150-200 söz həcmində isə xülasələr verilməlidir. Xülasədə məqalənin başlıca müddəaları və müəllifin gəldiyi elmi nəticə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələrin əvvəlində yazıldığı dildə tünd-qara şriftlə alt-alta müəllifin adı-soyadı, məqalənin adı və xülasə sözü yazılmalıdır.
- Sonda məqaləyə rəy verən alimin adı, soyadı və elmi dərəcəsi qeyd olunmalıdır.
- Məqalələri [email protected] elektron poçt ünvanına göndərib (050 344 11 35) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
- Əks əlaqə üçün məqalə müəllifinin telefon nömrəsi sonda qeyd olunmalıdır.
MƏQALƏLƏRİN GÖNDƏRİLMƏSİ ÜÇÜN SON TARİX: 15. 09. 2023
