Elan - “Heydər Əliyevin azərbaycançılıq ideologiyası filoloji fikir kontekstində” mövzusunda elmi konfransa məqalə qəbulunun müddəti uzadılıb
29/04/202117 may 2021-ci il tarixində Bakı Dövlət Universitetində Filologiya fakültəsinin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin azərbaycançılıq ideologiyası filoloji fikir kontekstində” mövzusunda onlayn elmi konfrans keçiriləcək. COVİD-19 pandemiyası şəraitində tədbirlər çərçivəsində iştirakçıların konfransa Zoom proqramı vasitəsilə qatılması nəzərdə tutulur.
Konfransda iştirak etmək istəyənlər məqalələrini 05 may 2021-ci il tarixinədək təşkilat komitəsinin [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Konfransın təqvimi:
- Məqalə mətnlərinin göndərilməsi üçün son tarix – 05 may 2021-ci il
- Qəbul olunmuş məqalələrin elan edilməsi – 10 may 2021-ci il
- Konfransın keçirilməsi tarixi – 17 may 2021-ci il
Konfransın işçi dilləri: Azərbaycan, türk, rus və ingilis dilləri.
Konfrasın mövzuları:
- Heydər Əliyevin azərbaycançılıq ideologiyası filoloji fikir kontekstində
- Dilçilik
- Ədəbiyyatşünaslıq
Məqalənin tərtib forması:
Məqalə işçi dillərdən birində 5-10 səhifə həcmində Times New Roman şrifti ilə, 14 ölçüdə, sətirlərarası interval 1,5, paraqraf abzası 1 sm, səhifəkənarı ölçülər 2 sm olmaqla yazılmalıdır.
Məqalənin əvvəlində ortadan tünd-qara şriftlə, böyük hərflərlə müəllifin adı, atasının adı, soyadı; onun altından kursivlə elmi dərəcəsi, vəzifəsi və aid olduğu təşkilat qeyd olunmalıdır. Məqalənin adı ortada böyük hərflərlə, ondan sonra əsas mətn verilməlidir. Məqalələrin məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.
Ədəbiyyat siyahısı məqalənin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilməli və mənbələrin təqdimi zamanı əlifba sırası gözlənilməlidir. Mətndə ədəbiyyata istinadlar mötərizədə mənbənin siyahıdakı nömrəsini və götürülən sitatın səhifəsini göstərməklə verilməlidir: [3, s. 76].
Xülasə və açar sözlər: Xülasələr məqalənin yazıldığı dildən fərqli iki işçi dildə (azərbaycan dilində təqdim olunmuş məqalələr üçün rus və ingilis dillərində) hazırlanmalıdır. Xülasə 5 cümlədən, açar sözlər isə 5 sözdən az olmamalıdır.
Konfransa elmi dərəcəsi olan şəxslər (fəlsəfə və elmlər doktorları), müəllimlər, elmi işçilər, doktorantlar və magistrantlar qatıla bilər. Doktorant və magistrantların məqalələri ilə bərabər elmi rəhbərlərinin rəyini göndərməsi mütləqdir. Konfransa təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndiriləcək, göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək. Müsbət rəy almış məqalə müəlliflərinin adları fakültə saytında yerləşdiriləcək. Konfransla bağlı əlavə məlumatlar iştirakçılara bdu.filologiyak[email protected] elektron poçt ünvanı vasitəsilə çatdırılacaqdır.
