ELAN – “Nizami Gəncəvi irsinin öyrənilməsi” adlı müsabiqə
03/03/2021BDU-nun Filologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Nizami Gəncəvi İli" çərçivəsində yeni layihəyə start verilir. "Nizami Gəncəvi irsinin öyrənilməsi" adlı layihədə tələbə və magistrların elmi və elmi-publisistik yazıları qəbul ediləcək. Yazıların mövzuları Nizami Gəncəvi yaradıcılığını əhatə etməlidir.
Elmi məqalələrə qoyulan tələblər:
1. Məqalənin həcmi 2,3 səhifə;
2. Times New Roman 12 şriftlə;
3. Başlıq - bütün hərflər böyük və qalın şriftlə
4.Ad, soyad, ixtisas, kurs, qrup - kursivlə;
5.Mətn qrammatik səhvlərsiz və qaydalara uyğun yazılmalıdır, əks halda, çap olunmayacaq.
Esseyə verilən tələblər:
1. Yazının həcmi 2,3 səhifə;
2. Times New Roman 12 şriftlə;
3. Başlıq - bütün hərflər böyük və qalın şriftlə;
4.Ad, soyad, ixtisas, kurs, qrup - kursivlə;
5. Mətndə öz fikirləriniz yer almalıdır və essenin yazılma qaydalarına uyğun olmalıdır.
6. Qrammatik səhvlərsiz və qaydalara uyğun yazılmayan esselər çap olunmayacaq.
Yazılar noyabrın 15-nə ayına qədər qəbul ediləcək və mütəmadi olaraq fakültənin saytında yayımlanacaq. Sonda seçilən məqalələr çap olunacaq. Ən yaxşı 3 məqalə və esse hədiyyələrlə və sertifikatla mükafatlandırılacaq.
