Elmi uğurlar
13/04/2011Bakı Dövlət Universiteti üzrə 2010-cu ilin elmi-tədqiqat işlərinin nəticələrinə görə filologiya fakültəsi fərqlənmişdir. BDU-nun Böyük Elmi Şurasının 2011-ci il aprelin 5-də keçirilmiş iclasında filologiya fakültəsinin Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə elmi-tədqiqat laboratoriyasının elmi-tədqiqat işlərinin nəticələrinə görə birinci yerə çıxdığı bildirilmiş və laboratoriyaya bir ədəd kompyuter hədiyyə verilmişdir. Ümumi dilçilik kafedrasının professoru Əbülfəz Rəcəbli isə 2010-cu il elmi-tədqiqat işlərinin nəticələrinə görə «ilin alimi» elan edilmişdir.
