Home AZ | EN | RU

“Etnopsixoloji düşüncə paradiqmalarının – ruh, yuxu və yuxuyozmalarının mifik təfəkkürə və folklora transferi” mövzusunda elmi seminar

30/03/2023

BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında “Etnopsixoloji düşüncə paradiqmalarının – ruh, yuxu və yuxuyozmalarının mifik təfəkkürə və folklora transferi” mövzusunda elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova elmi seminarın mövzusunun geniş olduğunu qeyd edib: “Etnopsixoloji düşüncə ilə bağlı janr və ya paradiqmaların - ruh, can, yuxu və yuxuyozmalarının   yaranma səbəbləri, onların  mifik təfəkkürə və folklora transferinin araşdırılması   elmimizin   aktual  problemlərdən  biridir”.
Elmi seminarın məruzəçisi Ülkər Nəbiyeva ruh, yuxu və yuxuyozmaların  uzun müddət folklor yaradıcılığından kənarda qaldığını qeyd edərək özünəməxsus toplanma, yazıya alınma və nəşr tarixinin olduğunu söyləyib: “Mifoloji anlayışlar da bu təsəvvürlərin içərisindən keçərək öz model və strukturlarını qurmuşdur və yuxular ibtidai görüşlərə təkan verən əsas vasitələrdən hesab olunmaqdadır. Yuxu ilə bağlı psixoanalizin banisi sayılan Ziqmund Freydin “Yuxuyozmaları” əsərindən sonra dünya xalqlarının yuxu mətnləri çap edilməyə, öyrənilməyə başlamış, həmçinin yuxuyoxma topluları və ensiklopediyaları da nəşr edilmişdir”. Məruzəçi çıxışında “övliya”, “can”, “üzüt” və s. ifadələrini də mövzu ilə bağlamışdır.  
Sonra məruzəçiyə suallar ünvanlanıb. Azərbaycan  şifahi xalq ədəbiyyatı kafedrasının professor-müəlim heyəti çıxışla bağlı təəssüratlarını bölüşüb.

Bookmark and Share