Home AZ | EN | RU

Fakültə Könüllüləri “Tariximiz ədəbi əsərlərin dili ilə” mövzusunda tədbir keçirib

29/03/2023

BDU-nun Filologiya fakültəsi Könüllülərinin təşkilatçılığı ilə “Tariximiz ədəbi əsərlərin dili ilə (Cəlil Məmmədquluzadənin əsərləri əsasında)” mövzusunda müzakirə təşkil olunub. Filologiya Könüllülərinin sədri Rəvan Quliyevin açılış nitqindən sonra tələbələrdən Zəhraxanım Rəhimova, Aytac Salahlı, Sona İsmayılova və Nailə Alışova Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı, ədəbiyyat tariximizdəki yeri, əsərlərindəki tarixi motivlərlə bağlı çıxışlar edib, tarixi faktların təqdimində bədii ədəbiyyatın rolu haqqında fikirlərini bölüşüblər.

Bookmark and Share