Fakültə üzrə Tələbə Gənclər Təşkilatı növbəti təlim keçirib
26/10/20192019-cu il oktyabrın 26-da BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Art Club"ın 3-cü təlimi baş tutub. Tədbirdə Filologiya fakültəsi ilə yanaşı, Jurnalistika, Ekologiya, Fizika, Tətbiqi riyaziyyat və kibernetika fakültələrinin tələbələri də iştirak edib. Təlimi Ləman Hüseynzadə açıq elan edib. Tələbələrin əksəriyyətinin maraq dairəsi nəzərə alınaraq 3-cü təlimdə "Portet" çəkimi öyrədilib. "Portret" çəkiminin dörd üsulundan birincisi tələbələrə izah olunub. İştirakçılara digər üç üsul haqqında növbəti təlimlərdə məlumat veriləcək.
