Home AZ | EN | RU

Filologiya fakültəsinin məzunu Ülvi Aydının yeni kitabı işıq üzü görüb

27/12/2016

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair və nasir Ülvi Aydının “Eşqin səsi” adlı yeni kitabı işıq üzü görüb. Bu günə qədər müəllifin “Düşünək gərək”-2013-qəzəllər, şeirlər; II nəşri-2016; “Çağlayan sevgi”-2014-qəzəllər, şeirlər; “Təmənnasız qan”-2015-hekayələr; kitabları oxuculara təqdim olunub.

“Eşqin səsi”-müəllifin dördüncü kitabıdır. Bu kitabda sıralanan şeirlər üç bölməyə ayrılmışdır:

1. Sosial mövzulu
2. Sərbəst vəznli
3. Məhəbbət mövzulu
Kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Sənan İbrahimov, ön sözün müəllifi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Qocayevadır.
S. Qocayevanın yazdığı ön sözdə aydın olur ki, gənc şairin əsas müşahidə obyekti insanın daxili aləmi, şeirlərə ruh verən isə onun vətənpərvərliyi, insansevərliyi, mənəvi dəyərlərimizə sədaqətidir.
Ülvi Aydın qürur duyur
Doğma, əziz məmləkətlə.
Azərbaycan adı ilə
Bu millətlə, bu dövlətlə.

Ülvi Aydının şeirlərini oxuduqda gənc şairin həyat eşqi ilə vuran qəlbinin səsi yazdığı misralardan da duyulur.
Yağışda düzəldər yarpaqdan çətir,
Ülvi islansa da yarına xətir.
Yarında axtarmaz günah, nə təqsir,
Ürəkdən, həqiqi, əsl sevənlər.

Qeyd edəki ki, Ülvi Aydın hazırda Bakı Slavyan Universitetinin II kurs magistrantıdır. Gənc müəllifi ürəkdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq. 



 


 


 

Bookmark and Share