Home AZ | EN | RU

Filologiya fakültəsinin şəhid məzunu Kənan Məmmədov 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub

06/11/2021

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2021-ci il tarixli Sərəncamı ilə BDU-nun Filologiya fakültəsinin şəhid məzunu Məmmədov Kənan Niftalı oğlu 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Kənan Məmmədov 2013-2017-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb, 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına vuruşaraq 2020-ci il oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Allah şəhidlərə rəhmət eləsin!

Bookmark and Share