Home AZ | EN | RU

Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatı “9 Noyabr Dövlət Bayrağı Günü” adlı tədbir keçirib

09/11/2020

09.11.2020 tarixində BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “9 Noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş onlayn tədbir keçirilib. Yüz nəfərdən çox gəncin qatıldığı tədbirin aparıcısı, II kurs tələbəsi Aytac Hüseyli iştirakçıları salamlayaraq, açılış nitqi ilə çıxış edib. Açılışdan sonra fakültənin II kurs tələbəsi Ələkbər Həsənov və Aynurə Ataşova bayrağımızın tarixi haqqında ətraflı məlumat veriblər.  
Sonra tələbələrin ifasında vətənpərvərlik mövzusunda musiqi və şeirlər təqdim olunub.  II kurs tələbəsi Amil Əzimli “Qarabağ eşqim mənim, Qarabağ dərdim mənim” şeirini, III kurs tələbəsi Aysel Seyidova “Üçrəngli bayraq” şeirini səsləndirib, IV kurs tələbəsi Rüfət Qarayev isə “Yaşa Azərbaycan” və “Azərbaycan anaların anası” mahnılarını ifa edib.
Sonda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev çıxış edərək, iştirakçıları Dövlət Bayrağı Günü və  son günlər əldə olunan tarixi qələbələr münasibətilə təbrik edib, aktiv tələbələrə təşəkkürünü bildirib.

Bookmark and Share