Home AZ | EN | RU

Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının növbəti kitab müzakirəsi

18/05/2021

Mayın 18-də BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatı nəzdində “Kitab” klubu növbəti bədii əsərin müzakirəsini keçirib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayevanın elmi rəhbərliyi ilə təlimçi Aytac Hüseynlinin təqdimatı əsasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri müzakirə olunub.
Sevinc Qocayevanın “Sirlər xəzinəsi” poeması haqqında çıxışı dinlənildikdən sonra, əsərin ideya-mövzu və ədəbi-bədii xüsusiyyətləri iştirakçılar tərəfindən geniş müzakirə olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bookmark and Share