Home AZ | EN | RU

Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Şuşa mədəniyyət paytaxtıdır” adlı tədbir keçirilib

04/03/2021

Martın 4-də BDU-nun Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədr müavini Ələkbər Həsənovun təşəbbüsü ilə "Şuşa  mədəniyyət paytaxtıdır" adlı tədbir keçirilib.
Tədbirin aparıcısı Ruslan Mustafayevin açılış nitqindən sonra çıxış edən Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Şuşanın ədəbi-mədəni mühitindən, burada yetişmiş görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin fəaliyyətindən söz açıb.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov Şuşa şəhərinin strateji əhəmiyyəti və tarixi abidələri ilə bağlı məlumat verib, Vətən müharibəsi dövründə Şuşanın işğaldan azad olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.  
Tələbə Gənclər Təşkilatının sədr müavini Ələkbər Həsənov Şuşa şəhərinin  yaranması, erməni vandalizmininə məruz qalması və müzəffər ordumuzun Şuşanı işğaldan azad etməsindən danışıb.
Sonda Tələbə Gənclər Təşkilatının sədri yekun nitqi ilə çıxış edərək iştirakçılara təşəkkürünü bildirib.

 

Bookmark and Share