Home AZ | EN | RU

Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının “Xaricdəki həmyerlilərimiz” adlı layihəsi uğurla yekunlaşıb

06/06/2020

Bakı Dövlət Universitetinin Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə tədris ilinin ikinci yarısını əhatə edən xüsusi rejimli karantin müddətində tələbələrin sosial aktivliyini təmin etmək məqsədilə bir sıra virtual tədbirlər həyata keçirilib. Uğurla gerçəkləşdirilən belə tədbirlərdən biri - “Xaricdəki həmyerlilərimiz” adlı layihə xaricdə təhsil alan həmyerlilərimizlə Azərbaycandakı tələbələr arasında körpü yaratmaq məqsədi daşıyıb.  
Filologiya fakültəsinin tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Tural Cəfərovun təşkilatçılığı ilə baş tutmuş layihənin icrası müddətində xaricdə təhsil alan soydaşlarımızdan: Rusiya Xalqlar Dostluğu Universitetinin doktorantı, Azərbaycan Cəmiyyətinin sədri Cəmil Sərdarovdan, Türkiyənin İstanbul Universitetinin tələbəsi, Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtaydan, Belarus Dövlət Tibb Universitetinin tələbəsi, universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan İcmasının sədri Fidan Əliyevadan və  Böyük Britaniyanın London Kraliça Məryəm (Queen Mary) Universitetinin tələbəsi, universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Həsən Abdullayevdən “İnstaqram” sosial şəbəkəsi vasitəsilə canlı müsahibələr götürülüb.
Müsahiblər təhsil aldıqları ölkələrin ali təhsil sistemindən, tələbə həyatından, buradakı gənclər təşkilatlarının, ümumən azərbaycanlı gənclərin sosial-ictimai fəaliyyətlərindən ətraflı söz açıb, dinləyicilərin suallarını cavablandıraraq öz təklif və tövsiyələrini səsləndiriblər.   
Qarşılıqlı müzakirələrlə yekunlaşan hər görüşün sonunda gələcək əməkdaşlığın perspektivləri də müzakirə olunub.

Bookmark and Share