Home AZ | EN | RU

Filologiya fakültəsi üzrə Könüllülər Təşkilatının növbəti təlimi

12/04/2022

BDU-nun Filologiya fakültəsi üzrə Könüllülər Təşkilatının təşəbbüsü ilə “Düşüncəmizə təsir edən amillər və manipulyasiya” adlı təlim keçirilib. Təlimin rəhbəri “Həyatın rəqsi” kitabının müəllifi, təlimçi-pedaqoq Rövşən Şərif olub. O, mövzuyla bağlı çıxış edərək, öz fikirlərini auditoriya ilə paylaşıb. İştirakçılara müəyyən suallar ünvanlayaraq, tələbələrlə fikir mübadiləsi aparıb.  
Rövşən Şərif bildirib ki, düşünüb-danışarkən ümumilik, topluluq bildirən “hər zaman, hamı, hər kəs, hər şey” və s. bu kimi ifadələrdən kənar durmaq lazımdır. Empatiya bacarığımızı yüksəltməli və müəyyən məqsəd uğrunda çalışmalıyıq.
Sonra iştirakçılar təlimçiyə suallar ünvanlayıb, mövzu haqqında fikirlərini bölüşüblər.
Təlim tələbələr tərəfindən maraqla qarşılanıb.

 

Bookmark and Share