Home AZ | EN | RU

Filologiya fakültəsi üzrə THİK birinci kurs tələbələri ilə onlayn görüş keçirib

26/11/2020

Noyabrın 26-da BDU-nun Filologiya fakültəsi üzrə THİK birinci kurs tələbələri ilə onlayn görüş keçirib. Görüş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, eyni zamanda təşkilatın fakültə üzrə sədri Sezər Məmmədli çıxış edərək, tələbələri Vətən müharibəsindəki parlaq qələbə münasibətilə təbrik edib. O, THİK-in fəaliyyət prinsipləri, hazırda icra olunan və gələcəkdə icrası nəzərdə tutulan layihələr, tədbirlər, tələbələrə dəstək və yardım kampaniyaları haqqında ətraflı məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Sonra iştirakçıların sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib. Sonda tələbələr universitet tərəfindən onlar üçün yaradılan bu cür imkanlara görə təşəkkürlərini bildirib, THİK üzvü olmaq istədiklərini qeyd ediblər.

Bookmark and Share