Filologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatı birinci kurs tələbələri ilə onlayn görüş keçirib
03/12/2020Dekabrın 3-də Filologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatı birinci kurs tələbələri ilə onlayn görüş keçirib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş görüşdə TGT-nin sədri Həsrət Emçiyev çıxış edərək, fakültənin tarixi, təşkilatın fəaliyyət istiqamətləri və gördüyü işlər barəsində ətraflı məlumat verib.
Sonra tələbələrin çıxışları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
