Home AZ | EN | RU

Filologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatı “Tarix yazan gənclər” mövzusunda onlayn tədbir keçirib

27/11/2020

Noyabrın 27-da BDU-nun Filologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Tarix yazan gənclər” mövzusunda onlayn tədbir keçirilib. “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş tədbirin aparıcısı - fakültənin I kurs tələbəsi Ləman Cəfərzadə iştirakçıları salamlayaraq, açılış nitqi ilə çıxış edib. O bildirib ki, bu görüş həm də birinci kurs tələbələri ilə tanış olmaq və onların sosial fəallığını təmin etmək məqsədi daşıyır.
Sonra çıxış edən tələbələr: Aysun Məmmədova, Ruslan Mustafayev, Aytac Əliyeva, Aysu Məhərrəmova, Aişə Köksal və  Emel Vəlizadə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşmüş və  canlarından keçmiş gənclərin igidliyindən, gənclərə dövlət qayğısından, onların ölkəmizin ictimai həyatındakı rolundan danışıb, gənclərin milli ruhda yetişməsi üçün qarşıda dayanan vəzifələrdən söz açıblar.
Sonda fakültə üzrə Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyev çıxış edərək, bütün tələbələrə təşəkkürünü bildirib.

 

Bookmark and Share