Home AZ | EN | RU

Filologiya fakültəsində “ Heydər Əliyev və folklor ” mövzusunda elmi seminar keçirilib

10/05/2016

BDU-nun Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılğı ilə “ Heydər Əliyev və folklor ” mövzusunda elmi seminar keçirilib. Müəllim, magistr və tələbələrin iştirakı ilə keçirilən seminarı açan dekan, dosent M.T.Vəliyev Ümumilli lider Heydər Əliyevin siyasi irsindən, ədəbiyyata diqqətindən danışıb. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova elmi seminarın vacibliyinə diqqət çəkərək ümummilli lider Heydər Əliyevin ədəbi prosesin inkişafı üçün yaratdığı əvəzsiz rolundan söz açıb. Sonra kafedranın magistrantları mövzu ətrafında məruzələr edib. Aşıq Samirin Heydər Əliyevlə bağlı ifası, dahi liderin həyatı ilə bağlı video çarxlar seminara rəng qatıb. Sonda professor Leyla Gərayzadə Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Bookmark and Share