Home AZ | EN | RU

Filologiya fakültəsində AXC-nin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

23/05/2018

 

Filologiya fakültəsində Humanitar fakültələr üzrə rus dili kafedrasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Tədbirdə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, professor Ədibə Paşayeva, Rus dilçiliyi kafedrasının müdiri, professor Lalə Quliyeva, Təbiət elmləri üzrə rus dili kafedrasının müdiri, professor Mikayıl Cəfərov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova, Xarici tələbələrə iş üzrə dekan Gülheyran Rəhimova, müəllimlər və tələbələr iştirak edib.        
Ədəbi-bədii gecədə BDU-nun humanitar fakültələrində təhsil alan birinci kurs tələbələri, habelə Çindən, Türkiyədən və Rusiyadan olan xarici tələbələr Respublika Günü münasibəti ilə iştirakçıları təbrik edib, maraqlı məruzələr, şeir və musiqi nömrələri ilə çıxış ediblər. Xarici tələbələrin Azərbaycan dilində çıxışları böyük maraqla qarşılanıb.
Tədbir yüksək vətənpərvərlik ruhu ilə başa çatıb.

Bookmark and Share