Filologiya fakültəsində də onlayn dərslərə start verilib
02/04/2020Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən biri kimi ali təhsil müəssisələrində tədris fəaliyyətinin dayandırılması olub. Bununla əlaqədar olaraq, Bakı Dövlət Universitetində onlayn dərslərin təşkili istiqamətində dərhal təşkilati işlərə başlanılıb. Görülən hazırlıq prosesinin nəticəsində artıq Filologiya fakültəsində aprelin 1-dən onlayn dərslərə start verilib.
Onlayn dərslər Təhsil Nazirliyi tərəfindən ödənişsiz istifadə imkanı ilə təmin olunmuş “Microsoft Teams” platforması vasitəsilə keçirilir. Həmin platformadan qeydiyyatdan keçən Filologiya fakültəsinin müəllim və tələbələri aprelin 1-dən onlayn dərslərə başlayıb. Fakültənin dekan müavini və Ümumi dilçilik kafedrasının müəllimi Anar Fərəcov Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə III kurs Fl-099 və Fl-100-cü qruplarda “Linqvistik tipologiya”, Filologiya (alman dili və ədəbiyyatı), Filologiya (fransız dili və ədəbiyyatı) ixtisasları üzrə III kurs Fl-105 və Fl-106-cı qruplarda “Müasir dilçilik təlimləri” fənlərindən; Azərbaycan dilçiliyi kafedrasının dosenti Reyhan Həbibli Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisası üzrə III kurs Fl-099 və Fl-100-cü qruplarda “Azərbaycan onomastikası” fənnindən; Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Kəmalə İslamzadə Filologiya (Azərbaycan dili və ədəbiyyatı) və Filologiya (Rus dili və ədəbiyyatı) ixtisaslarında "Azərbaycan dastanları" fənnindən; Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimləri: professor Yeganə İsmayılova, dosent Məti Osmanoğlu “Azərbaycan ədəbiyyatı tarixi – 3 (XIX əsr Azərbaycan ədəbiyyatı)” və dosent Lalə Əliyeva “Azərbaycan ədəbiyyatı tarixi – 1 (XIII əsrə qədərki Azərbaycan ədəbiyyatı)” fənlərindən ilk onlayn dərsləri keçiblər. Onlyan dərslərdə tələbələrin əksəriyyəti iştirak edib.
Onlayn dərslərin növbəti həftədən fakültənin həm magistratura, həm də bakalavriatura səviyyələrində II semestrin dərs cədvəli üzrə bütün ixtisas və qrupları əhatə etməsi nəzərdə tutulur.
