Filologiya fakültəsində Elmi Şura: TMŞ illik hesabat verib
04/10/2017Filologiya fakültəsində Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilib. İclasda fakültə Tədrisi Metodiki Şurasının sədri, professor Məhərrəm Məmmədlinin illik hesabatı dinlənilib. Professor M.Məmmədli 2016-2017-ci tədris ilində fakültənin elmi nailiyyətlərindən, elmi-bədii tədbirlərindən, tədris prosesinin gedişatından və metodiki şuranın fəaliyyətindən bəhs edib. Daha sonra çıxış edənlər: Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov, universitet üzrə Tədris Metodik Şurasının sədri akademik Vasif Babazadə və başqaları Filologiya fakültəsinin illik fəaliyyətini yüksək qiymətləndirib, mövcud problemlər və qarşıda duran vəzifələr barəsində ətraflı danışıblar. İclas cari məsələlər ətrafında müzakirələrlə davam edib.
