Home AZ | EN | RU

Filologiya fakültəsində Elmi Şuranın 2018-ci ildə ilk iclası keçirilib

13/02/2018

Filologiya fakültəsində Elmi Şuranın 2018-ci ildə ilk iclası keçirilib. İclasda qış imtahan sessiyasnın yekunları, yaz semestrinə hazırlıq, tədris və pedaqoji təcrübələrin təşkili, tədris ilinin əvvəlində fakültədə yaradılmış komissiyasnın hesabatı, müəllimlərin seçkisi, eləcə də cari məsələlər müzakirə olunub.
İclası açıq elan edən fakültə dekanı, dosent əvəzi Elçin Məmmədov şura üzvlərini gündəlik məsələlərlə tanış edib. 2018-ci ilin ölkəmiz üçün əlamətdar olduğunu qeyd edən dekan fakültə əməkdaşlarını aprel ayında keçiriləcək prezident seçkilərində dövlət başçısı cənab İlham Əliyevə dəstək olmağa çağırıb.
Sonra E.Məmmədov qış imtahan sessiyasının yekunlarına dair ətraflı məlumat verib. Bildirib ki, yüzə yaxın tələbə imtahan nəticələri ilə bağlı apelyasiya komissiyasına müraciət edib və bu müraciətlərin 90 faizi tələbələrin xeyrinə həll olunub.  İmtahanların nəticələrinə görə, ən yüksək nəticəni IV kurslar, ən aşağı nəticəni isə II kurslar göstərib. İxtisaslar üzrə ən yüksək nəticə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”nin payına düşüb. Fənlər üzrə ən yüksək nəticəni isə Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası göstərib. Kafedranın dosenti Əhəd Cavadovun tədris etdiyi “Orta məktəbin Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin təhlili” fənni üzrə müvəffəqqiyyət və keyfiyyət göstəricisi 100%-dir. 600-dən yuxarı bal toplayan tələbələrin müvəffəqiyyət göstəricisi də 100% olub.  
E.Məmmədov tələbə və magistrantların dərslərə davamiyyətinin, sillabusların və kafedraların sənədlərinin yoxlanılması məqsədilə yaradılmış komissiyanın yarımillik fəaliyyəti barədə də ətraflı məlumat verib.
Sonra fakültə dekanı şura üzvlərinin suallarını cavablandırıb. İclas cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.

Bookmark and Share