Home AZ | EN | RU

Filologiya fakültəsində Elmi Şuranın növbəti iclası

07/06/2019

BDU-nun Filologiya fakültəsində Elmi Şuranın növbəti iclası keçirilib. Fakültə dekanı Elçin Məmmədov çıxış edərək iclasın gündəliyi barədə məlumat verib. Daha sonra iclasın gündəliyinə daxil olan 5 vakant kafedra müdiri və bəzi kafedralarda professor-müəllim vəzifələrinin tutulması üçün seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, Rus ədəbiyyatı tarixi kafedrasının müdiri professor Ədibə Paşayeva, Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri professor Hüseyn Əsgərov, Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri professor Mikayıl Cəfərov, Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri professor İlhamə Hacıyeva seçilib.
Daha sonra professor-müəllim vəzifələrinin seçkisi keçirilib və vakant yerlərin sahibləri müəyyənləşdirilib. İclas cari məsələlər ətrafında aparılan müzakirələrlə yekunlaşıb.

Bookmark and Share