Filologiya fakültəsində Fransa və Almaniyanın mədəniyyət günləri qeyd olunub
24/05/2019BDU-nun Filologiya fakültəsində Alman və fransız dilləri kafedrasının təşkilatçılığı ilə Fransa və Almaniyanın mədəniyyət günləri ilə bağlı tədbir keçirlib. Filologiya fakültəsinin dekanı Elçin Məmmədov tədbiri giriş sözü ilə açdıqdan sonra Alman və fransız dilləri kafedrasının müdiri Elmira Fərəcullayeva, Fransanın Azərbaycandakı Səfirliyinin Fransız İnstitutunun icraçı direktoru Moris Rufen çıxış edib.
Sonra fakültənin tələbələri fransız və alman mədəniyyətinə dair - bu ölkələrin tarixi, ədəbiyyatı, təhsili, musiqisi, memarlıq üslubu və kulinariyası barədə zəngin materiallar təqdim ediblər. Tələbələrin çıxışları tədbir iştirakçıları tərəfindən maraqla qarşlanıb. Sonda xatirə şəkilləri çəkdirilib.
