Home AZ | EN | RU

Filologiya fakültəsində genişləndirilmiş Elmi Şura keçirilib

24/10/2016

Filologiya fakültəsində Elmi Şuranın növbəti genişləndirilmiş iclası keçirilib. İclasda fakültə Tədrisi Metodiki Şurasının sədri, professor Məhərrəm Məmmədlinin illik hesabatı dinlənilib. Professor Məhəmməd Məmmədli 2015-2016-cı tədris ilində fakültənin elmi nailiyyətlərindən, elmi-bədii tədbirlərindən, tədris prosesinin gedişatından və metodiki şuranın fəaliyyətindən bəhs edib. Daha sonra çıxış edənlər – Filologiya fakültəsinin dekanı, fil.ü.f.d. Elçin Məmmədov, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, prof. İradə Əliyeva, universitet üzrə Tədris Metodik Şurasının sədri akademik Vasif Babazadə və başqaları Filologiya fakültəsinin illik fəaliyyətini yüksək qiymətləndirib, mövcud problemlər və qarşıda duran vəzifələr barəsində ətraflı danışıblar. İclas cari məsələlər ətrafında müzakirələrlə davam edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share