Home AZ | EN | RU

Filologiya fakültəsində Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

16/05/2018

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib. Konfransa respublikamızın 6 ali təhsil müəssisəsindən (BDU, ADPU, BSU, AzTU, ATU, QU) və Türkiyənin Adıyaman Universitetindən ümumilikdə 95 nəfər qatılıb. Gənc tədqiqatçıların fəallığı ilə diqqəti çəkən tədbirdə 35 magistrant və 7 tələbə  müxtəlif məruzələrlə çıxış edib.  
Plenar iclası açıq elan edən Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov ulu öndərin memarı olduğu azərbaycançılıq ideologiyasından, onun milli dəyərlərimizə, ədəbiyyat və mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açıb, Heydər Əliyev irsinin gənc nəslə təbliğ olunmasının zəruriliyini vurğulayıb.     
Açılışda BDU-nun professoru Leyla Gərayzadənin “Heydər Əliyev və Azərbaycan mövzusu türkiyəli şair Fəsih Əlioğlunun poeziyasında”, dosent Rəhilə Quliyevanın “Nəsillərə nümunə olan ömür yolu” və Azərbaycan Tibb Universitetinin dosenti Nağdəli Zamanovun “Heydər Əliyevin nitqində bədii ədəbiyyatın yeri” mövzusunda məruzələri maraqla dinlənlib.  
Konfrans öz işini “Dilşünaslıq”,  “Ədəbiyyatşünaslıq” və “Rus dilçiliyi və rus ədəbiyyatı” bölmələrində davam etdirib.

Bookmark and Share