Home AZ | EN | RU

Filologiya fakültəsində “Kitabi-Dədə Qorqud” və Türk dünyası” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

29/12/2015

Bakı Dövlət Universitetinin filologiya fakültəsində “Kitabi-Dədə Qorqud” və Türk dünyası” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Konfrans Azərbaycan Şifahi xalq ədəbiyyatı kafedrası tərəfindən təşkil edilib. Tədbirdə elm xadimləri, gənc tədqiqatçılar və magistrantlar iştirak ediblər. Tədbiri Filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev açıq elan edib. Mövzu ilə bağlı video çarxın  nümayişindən sonra Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova konfransın əhəmiyyətindən, “Kitabi-Dədə Qorqud”  kimi böyük bir abidədən söz açıb. Konfransda dosent Fikrət Şiriyev, professor  Füzuli Bayat, professor Rüstəm Kamal, professor Tofiq Hüseynoğlu da mövzu ilə bağlı məruzə ediblər.

Tədbirdə muğam parçaları, aşıqların ifası da səslənib. Sonda “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında filologiya fakültəsinin tələbələrinin hazırladığı tamaşa göstərilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bookmark and Share