Home AZ | EN | RU

Filologiya fakültəsində “Mənim vətənim – Azərbaycan” adlı poeziya gecəsi keçirilib

18/05/2017

Filologiya fakültəsində Humanitar fakültələr üzrə rus dili kafedrasının təşkilatçılığı ilə 28 May Respublika Gününə həsr olunmuş “Mənim vətənim – Azərbaycan” adlı poeziya gecəsi keçirilib.
Tədbirdə rektor, akademik Abel Məhərrəmov, Elm və innovasiyalar üzrə prorektor, prof. Aydın Kazımzadə, Filologiya fakültəsinin dekanı, dos. Elçin Məmmədov, Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dos. Ədibə Paşayeva, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, prof. Səhər Orucova, Hazırlıq fakültəsinin dekanı Gülheyran Rəhimova, Sosial elmlər və psixologiya fakültəsinin dekanı, prof. Hikmət Əlizadə, Rus Mədəniyyət və İnformasiya Mərkəzinin nümayəndəsi Natiq Əliyev, “Rus dünyası” fondunun Rus mərkəzinin rəhbəri Arzu Məmmədova, professor-müəllim heyəti, magistrantlar, tələbələr və qonaqlar iştirak edib.
Ədəbi-bədii gecəni açıq elan edən dos. Ədibə Paşayeva qonaqları salamlayıb və tədbirin mövzusu, məqsədi, əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, kafedranın təşəbbüsü ilə universitetin səkkiz fakültəsinin tələbələri arasında “Mənim vətənim – Azərbaycan” mövzusunda esse müsabiqəsi keçirilib. Sonra esse müsabiqəsinin qalibləri elan olunub və mükafatlandırılıb. Ən yaxşı esse müəllifi öz yazısını iştirakçılar qarşısında məruzə edib. Sonra tələbələrin ifasında əcnəbi şairlərin Azərbaycan və Bakı haqqında şeirləri dinlənilib. Həmçinin Hazırlıq fakültəsinin Çin Xalq Respublikasından olan tələbələri də şeirlər və mahnılar ifa ediblər.
Sonda akademik Abel Məhərrəmov çıxış edərək bu təşəbbüsü yüksək qiymətləndirib, belə tədbirlərin əhəmiyyətini vurğulayıb və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Poeziya gecəsi maraqlı və xoş təəssüratlarla yadda qalıb.

 

 

 

 

Bookmark and Share