Home AZ | EN | RU

Filologiya fakültəsində “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib

01/03/2019

BDU-nun Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə rus bölməsi üzrə təhsil alan tələbələr arasında “Nə? Harda? Nə zaman?” ("Что? Где? Когда?") intellektual oyunu keçirilib. İntellektual oyunun keçirilməsində məqsəd tələbələrin vaxtlarını daha səmərəli şəkildə təşkil etmək olub.
Öncə Filologiya fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri Tural Cəfərov yarışı açıq elan edərək iştirakçılara uğurlar arzulayıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışa Filologiya fakültəsi ilə yanaşı, digər fakültələrin tələbələrindən ibarət komandalar da  qatılıb. Oyun zamanı komanda üzvlərinə ümumi dünyagörüşü ilə bağlı: idman, mədəniyyət, siyasət, iqtisadiyyat mövzuları üzrə suallar ünvanlanıb.
Yarışda 6 komanda: “Victory”, “Знатаки”, “Unattainable”, “Golden circle”, “Бэмс”, “711” komandaları iştirak edib və oyun 4 mərhələdən ibarət olub. Final mərhələsinə vəsiqə qazanan “Unattainable” və “Знатаки” komandalarından "Знатаки" komandası qalib gələrək I yerə layiq görülüb.
Sonda qalib komanda sertifikatla təltif olunub.

Bookmark and Share