Home AZ | EN | RU

Filologiya fakültəsində “Novruz-milli-mənəvi dəyərimizdir” bədii hissəli elmi seminar keçirilib

07/03/2017

Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkil etdiyi “Novruz-milli-mənəvi dəyərimizdir” mövzusunda elmi seminar və Yel çərşənbəsi ilə bağlı tədbir keçirilib. Filologiya fakültəsinin tələbələri Şəms Həmzəyeva və Elnur Soltanov Yel çərşənbəsinə məxsus xalq inanclarından, adətlərindən danışıb. Elmi seminarda magistrantlar Gözəl Quliyeva, Aynurə Allahverdiyeva, Arzu Həsənli, Jalə Rüstəmova və doktorant Jalə Nağıyeva Novruz çərşənbələri ilə bağlı məruzələr ediblər. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının nəzdində fəaliyyət göstərən “Folklor” dərnəyinin üzvləri Rəqsanə Əsədova, Səidə Əliyeva, Türkan Mahmudova, Xədicə Azayeva, Fidan Həsənova, Rövlan Hacıyev, Bəxtiyar Mustafayev Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında Hüseyn Seyidzadənin çəkdiyi “Qayınana" filmi tamaşaya qoyulub. Zaur Alıyev, Cəlal Əliyev və digər musiqiçilərin ifasında mahnılar dinlənilib. Sonda qonaqlar üçün çay süfrəsi açılıb.

 

 

 

Bookmark and Share