Filologiya fakültəsində Od çərşənbəsi qeyd olunub
06/03/2018Filologiya fakültəsində Od Çərşənbəsi münasibətilə “İstedadlar sorağında” adlı tədbir “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının təşkilatçılığı keçirilib. Tədbir Filologiya fakültəsinin tələbələri Əliqulu Bədirli, Xəlidə Qocazadə, Aynur Əliyevanın aparıcılığı ilə baş tutub. “Folklor” dərnəyinin üzvləri – Filologiya fakültəsinin tələbələri Elnur Soltanov, Cavid Quluyev, Rüfət Qarayev, Cəmil Cəmilbəyli, Ləman Abbaslı, Natəvan Əhmədli, Nigar Əliyeva, Aysel Həsənli, Səmra Həsənzadə, Röya İsmayılzadə, Fəridə Umudova, Kimya fakültəsinin I kurs tələbəsi Afiq Mikayılzadə öz istedadlarını nümayiş etdiriblər. “Asəf Zeynallı adına musiqi məktəbinin” tələbələri Cəlal Əliyev, Xaqani Niftəliyev, Rövlan Hacıyev gözəl səsləri ilə tədbiri rövnəqləndiriblər. Tələbələrin ifasında bir-birindən gözəl mahnılar, şeirlər səsləndirilib, səhnəciklər, kompozisiyalar göstərilib. İfalar “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının magistrantları tərəfindən qiymətləndirilib.
