Home AZ | EN | RU

Filologiya fakültəsində “Stefan Sveyqin “Amok” əsərinə müasir dünyagörüşü ilə bir baxış” adlı bədii seminar keçirilib

27/09/2019

Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Tələbə Elmi Birliyi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Stefan Sveyqin “Amok” əsərinə müasir dünyagörüşü ilə bir baxış” adlı bədii seminar keçirilib. TEB-in sədri, SABAH qrupları üzrə IV kurs tələbəsi Elnarə Hüseynzadə və fakültə üzrə TGT-nin sədri, IV kurs  tələbəsi Tural Cəfərov seminarı açıq elan etdikdən sonra söz məruzəçiyə verilib.
Mövzu üzrə məruzə edən TEB-in bakalavriat üzrə koordinatoru, III kurs tələbəsi Məleykə Mirzəli yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, iştirakçıları əsərin ümumi məzmunu ilə tanış edib. Çıxışdan sonra qısa fasilə verən seminar iştirakçıları çay süfrəsi təşkil edib, fakültənin istedadlı tələbələrindən olan Rüfət Qarayevin gitaranın müşayiəti ilə ifa etdiyi mahnıları dinləyiblər. Daha sonra auditoriya mövzu ilə bağlı müzakirələrə başlayıb. Seminar iştirakçıları məruzəçinin ünvanladığı suallara fikir və rəylərini bildirərək, əsərdə olan mübahisəli məqamlara aydınlıq gətirməyə çalışıblar. Tədbirin sonunda diskussiyada aktiv iştirak etmiş tələbələr sertifikatla təltif olunub.

Bookmark and Share