Filologiya fakültəsində su çərşənbəsi qeyd edilib
23/02/2016Bu gün filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı  kafedrasının təşkilatçılığı ilə tədbir keçirilib. Su çərşənbəsi  münasibətilə təşkil olunan tədbirdə xalqımızın Novruz adət-ənənələri,  milli geyimləri təqdim olunub. Filologiya fakültəsinin dekanı, dosent  Məhərrəm Vəliyev tədbirin əhəmiyyətindən danışıb və onun təşkilində  zəhmət çəkən Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri,  professor Səhər Orucovaya minnətdarlığını bildirib. Sonra Filologiya  fakültəsi tələbələrinin, magistrlarının hazırladıqları səhnəciklər  göstərilib. Novruzun rəmzləri olan Bahar qızı, Kosa, uşaq aşıqlar qrupu  və muğam üçlüyünün ifa etdikləri musiqilər tədbirə əlavə rəng qatıb. 
 Tədbirin sonunda qonaqlara bayram şirniyyatları ilə bəzənmiş çay süfrəsi təqdim olunub.


 
                
                    


