Home AZ | EN | RU

Filologiya fakültəsində “Türk xalqlarında “Koroğlu” mövzusunda viktorina keçirilib

03/05/2019

BDU-nun Filologiya fakültəsində Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə  “Türk xalqlarında “Koroğlu” mövzusunda viktorina keçirilib. Tədbiri açıq elan edən kafedra müdiri professor Səhər Orucova “Koroğlu” dastanının türk xalqlarında əhəmiyyətindən və təşkil olunan viktorinanın məqsədindən danışıb.  Sonra dosent Etibar Talıblı müsabiqənin şərtlərini elan edib.  
Viktorinaya Filologiya fakültəsinin tələbələri və magistrantlarından  ibarət səkkiz qrup qoşulsa da, onlardan beşi yarışda iştirak edib. Sualları dosent Məhəmməd Məmmədov səsləndirib. Münsiflər kürsüsündə əyləşən Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllimləri yekun balları hesablayıblar. Birinci yerin qalibi kafedranın magistrantlarından ibarət “Buta” komandası, ikinci yerin sahibi III kurs tələbələrindən ibarət “Koroğlunun dəliləri”, üçüncü yerin sahibi isə I kurs tələbələrindən ibarət “Durna teli” komandaları olub. Sonda “Folklor” dərnəyinin üzvü Rüfət Qarayevin ifasında mahnılar səsləndirilib və qaliblər hədiyyələrlə mükafatlandırılıb.

Bookmark and Share