Filologiya fakültəsində Xalq şairi Vaqif Səmədoğlunun vəfatından sonra nəşr edilmiş “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı olmuşdur.
01/01/1970Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Xalq şairi Vaqif Səmədoğlunun vəfatından sonra nəşr edilmiş “Gürzəçöl yazıları” adlı pritçalar kitabının təqdimatı olmuşdur. Şairin həyat yoldaşı, kitabın tərtibçisi və redaktoru Nüşabə xanım Vəkilovanın iştirakı ilə keçirilmiş tədbirdə Filologiya fakültəsinin dekanı, fil.f.d. Elçin Məmmədov, prof. Tofiq Hüseynoğlu, şairin yaradıclığının tədqiqatçısı, ədəbiyyatşünas İradə Musayeva, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, fakültədə fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyinin rəhbəri, dosent Məti Osmanoğlu və tələbələr çıxış etmiş, Vaqif Səmədoğlunun şeirləri səsləndirilmiş, pritçaları və poeziyası haqqında fikirlər, mülahizələr söylənilmiş, şair xatirələrlə yad edilmişdir.
