Home AZ | EN | RU

Filologiya fakültəsinin bir qrup tələbəsi Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib

28/09/2022

BDU-nun Filologiya fakültəsinin qiyabi şöbəsində təhsil alan tələbələr Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcovun rəhbərliyi və “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazovun iştirakı ilə II Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü yolunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub və qəhrəmanlıqlarından söz açılıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bookmark and Share