Home AZ | EN | RU

Filologiya fakültəsinin I kurs tələbəsi Prezident təqaüdünə layiq görülüb

29/09/2021

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "2021-2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, cari tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
BDU-nun Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunmuş I kurs tələbəsi İsmayılova Nuridə Qüdrət qızı da Prezident təqaüdünə layiq görülən tələbələr sırasında yer alıb. Tələbəmizi ürəkdən təbrik edir, təhsil müddətində ona uğurlar arzulayırıq.

Bookmark and Share