Home AZ | EN | RU

Filologiya fakültəsinin III kurs tələbəsi Aysel Seyidova yazır: “Böyük arzunun bir addımlığındayıq”

08/10/2020

Bu gün o gündür, bu gün tarix yaşanır. Mən necə xoşbəxt insanam ki, bu tarixi yaşayıram, hadisələrin canlı şahidi oluram. Artıq 30 ilə yaxındır ki, biz öz doğma torpaqlarımızdan didərgin düşmüşük, amma yenə də o ümid işığı sönməyibdir. Biz o işığa ümidli addımlarla irəliləmişik, həmişə sülh tərəfdarı olmuşuq. Buna rəğmən, ermənilər yenə də sülh uğrundakı addımlara məhəl qoymayaraq təxribatlarını davam etdirmiş və hazırda da layiqli cavablarını yetərincə alırlar.
Mən o ümidlə yaşayan qadın görmüşəm, illərlə Qarabağdakı evinin açarını sandıqda saxlamış və indi o açarları sandıqdan çıxarmışdır. Biz illərlə müqəddəs torpaqlarımızın azad olunmasını arzulamışıq. Artıq bu arzu deyil, gerçəklikdir sanki yuxudayam. İlk dəfə eşidəndə ki, Qarabağda yeddi kəndimiz əsgərlərimiz tərəfindən azad olunub, 6 il müharibədə olmuş, müharibə veteranı olan atamın gözlərində ilk dəfə sevinc göz yaşlarını gördüm və mən də özümü saxlaya bilmədim. Sanki qolumdakı zəncirləri qırmışdım, sanki qəfəsdəydim, qəfəsdən azad olunmuşdum və azad idim. Mən atamı heç bir zaman ağlayan görməmişdim, illərin həsrəti bizi də ağlatmışdı.
İgidlərimiz günü-gündən düşmən üzərinə doğru mətin addımlarla irəliləyir, bu işğalçılıq deyil, necə ki, möhtərəm Prezidentimiz İlham Əliyev deyir: “Bizim davamız haqq davasıdır, bizim davamız öz doğma torpaqlarımızda gedir.” Mənim ordumuza inamım böyükdür, təbii ki, ermənilər işğalçılıq siyasəti ilə əldə etdikləri bu torpaqlardan baş götürüb qaçacaqlar, lakin bizim igidlərimiz, Poladlarımız, Mübarizlərimiz, Cəbrayıllarımız canlarını belə fəda edirlər və edəcəklər. Çünki onlar bu torpaqdan kam almış, bu torpağın suyunu içmiş, bu torpağın çörəyini yemişdir.
Bizim mərd oğullarımız öz qanları ilə tarix yazırlar. Həmişə məktəb gündəliklərinin arxasında rayonlarımızın işğal tarixləri yazılırdısa, artıq o vərəqlərə müqəddəs torpaqlarımızın azad olunması tarixləri həkk ediləcək. Biz buna illərdir, inanaraq yaşamışıq. Biz hamılıqla, bütün xalqımız səngərdə dayanan mübariz əsgərlərimizin arxasındayıq. Bu cümlənin isbatı kimi belə bir fikrə rast gəldim: “Gecə kənddə işıqları yanılı qoyuruq, əsgər arxaya çevriləndə görsün ki, arxasında dayaq var.” Mənə bu xalqın, bu millətin oxşarını tapın deyərdim, tapa bilməzsiniz. Xalqımızın əsgərlərə olan dayağı bənzərsizdir. On minlərlə könüllülərin səfərbərlik üçün müraciəti necə də təsirlidir, halbuki, artıq erməni milləti öz qadınlarını döyüş meydanına çıxarıb. Onların vandallığı öz daxillərində də gözə çarpır. Əsl vəhşilik isə onların 17-18 yaşlı uşaqların ayaqlarının zəncirlənərək döyüşməyə məcbur edilməsi idi. Əlbəttə ki, onlar öz torpaqları uğrunda vuruşmurlar ki, canları da fəda edə bilsinlər.
Türkün qisası dəhşətli olur, bunu bilməli idiniz, ermənilər!!! Biz qurddan törəmişik, qurd nəslindənik. Siz isə kimsiniz, kimdən törəmisiniz, əsliniz bilinmir.
Mənim xalqım buna inanır, mənim xalqım inanır ki, Qarabağı azad edəcəyik! 60 milyonluq Azərbaycan xalqı bu arzuya, bu istəyə inanır və inam hər şeyə qadirdir, yetər ki, inanasan. Hər şeyin yaxşı olacağına inanaraq torpaqlarımızı azad etmək uğrunda mərd igidlərimiz savaşır. Biz bu tarixi yazanlardan olacağıq. Bu səs türkün səsidir. Biz bu reallığı yaşayacağıq və bir gün sübh çağı Azərbaycan əsgəri Qarabağa Azərbaycan bayrağını sancarkən Günəş öz qızmar şəfəqləri ilə Qarabağı ömürlük işığa qərq edəcək, və öz isti nəfəsi ilə bu torpaqları isidəcək.

Bookmark and Share