Filologiya fakültəsinin IV kurs tələbəsi Ayşən Sadıqlının müsahibəsi
28/03/2012Filologiya fakültəsinin IV kurs tələbəsi Ayşən Sadıqlının müsahibəsi
AMOR təşkilatının nümayəndəsi Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin IV kurs 010a qrup tələbəsi, Nizami Gəncəvi adına təqaüdçü, fakültə TEC-in sədri Ayşən Sadıqlı ilə müsahibə aparmışdır. A.Sadıqlı 2010-2011-ci illər üçün Universitetdaxili “50+50” qrantlar proqramı çərçivəsində qrant qalibidir, 2011-ci ildə XVI Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə III yerin qalibi “Diplom”u və medalı ilə, 2010-cu və 2011-ci illərdə “İlin ən yaxşı tələbəsi” fəxri adı ilə təltif olunmuşdur, I kursdan “Universitet xoru”nun fəal üzvüdür. 2011-ci ildə “Ümummilli lider Heydər Əliyev və Azərbaycan dili” adlı kitabı çapdan çıxmışdır.
Ayşən Sadıqlı müsahibədə Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik A.M.Məhərrəmovun, BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin, fakültə rəhbərliyinin, tələbə gənclərə qayğı və diqqəti, professor-müəllim heyətinin universitetdə formalaşdırdığı elmi mühit, inkişaf edən təhsil mühitinin istedadlı, savadlı gənclərə yaratdığı imkanlar, özünün əldə etdiyi təhsil və elmi nailiyyətlər haqqında danışmışdır.
Eyni zamanda, Ayşən Sadıqlının Xocalı faciəsi və 8 Mart Beynəlxalq Qadınlar günü haqqında məqalələri AMOR təşkilatının saytında yerləşdirilmişdir. Müsahibə və məqalələrlə aşağıdakı elektron ünvanlarda tanış olmaq olar.
http://amor.az/article/каждый-азербайджанец-помнит-про-ходжалы
http://www.amor.az/article/праздник-женщины-матери
