Home AZ | EN | RU

Filologiya fakültəsinin Könüllülər Təşkilatı “Azərbaycan filmləri” adlı tədbir keçirib

16/05/2022

BDU-nun Filologiya fakültəsində Könüllülər Təşkilatının təşəbbüsü ilə milli-mənəvi dəyərlər layihəsi çərçivəsində “Azərbaycan filmləri" adlı onlayn tədbir keçirilib.
Fakültə üzrə Könüllülər Təşkilatının sədri Rəvan Quliyev Azərbaycan filmlərində milli-mənəvi dəyərlərin əksi və adət-ənənələrin təbliğindən söz açıb.
Sonra fakültə könüllüləri - Fidan Xəlilli “Azərbaycan film tarixinin yaranması və intibahı” və Fatimə Nağızadə "Azərbaycan uşaq filmləri" adlı məruzələrlə çıxış ediblər.
Səbinə Məmmədzadənin aparıcılığı ilə keçirilən tədbirdə Aişə Babayeva tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.
Tədbirin davamında Azərbaycan filmlərindən hazırlanmış fraqmentlər əsasında yarışma təşkil edilib.

Bookmark and Share