Home AZ | EN | RU

Filologiya fakültəsinin Könüllülər Təşkilatı Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirib

08/03/2022

BDU-nun Filologiya faükltəsində Könüllülər Təşkilatının təşəbbüsü ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş onlayn tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BDU-nun Könüllülər Təşkilatının sədr müavini və Filologiya fakültəsi Könüllülər Təşkilatının sədri Aysun Məmmədova bütün könüllü xanımları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra təşkilatın sədr müavini Rəvan Quliyev və İbrahim Hüseynzadənin Azərbaycan qadınlarına ünvanlanmış təbrikləri dinlənilib. Çıxışlarda 8 Mart - Beynəlxalq Qadınlar Gününün tarixindən və əhəmiyyətindən, müasir dövrdə qadınların cəmiyyətimizdəki aktiv rolundan bəhs edilib, ölkəmizdə könüllülük hərəkatının formalaşmasında qadınların fəallığı yüksək qiymətləndirilib.
Sonda Beynəlxalq Qadınlar Günü ilə bağlı tələbələr tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Bookmark and Share