Home AZ | EN | RU

Filologiya fakültəsinin Könüllülər Təşkilatı psixoloji təlim keçirib

13/12/2021

BDU-nun Filologiya fakültəsinin Könüllülər Təşkilatı I kurs tələbəsi  Elza Dəmirlinin təşəbbüsü ilə “Psixoloji təlim” adlı onlayn tədbir keçirib. Tədbir psixologiya ilə bağlı bir sıra məsələlərin müzakirəsinə həsr olunub.
Təlimdə Filologiya fakültəsinin tələbələri - Fatimə Şirinova, Fatimə Nağızadə, Əsmər Əlizadə və Qönçə Balayeva mövzu ilə bağlı çıxışlar ediblər.
Sonda fakültə üzrə Könüllülər Təşkilatının sədri Aysun Məmmədova çıxışlarla bağlı fikirlərini bölüşüb, iştirakçılara təşəkkürünü bildirib.  
Tədbirdə mövzuya həsr olunmuş filmdən kadrlar göstərilib, tələbələr tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib.

Bookmark and Share