Home AZ | EN | RU

Filologiya fakültəsinin Könüllülər Təşkilatı “Xocalı” adlı tədbir keçirib

25/02/2022

BDU-nun Filologiya faükltəsində Könüllülər Təşkilatının təşəbbüsü ilə “Xocalı” adlı onlayn tədbir keçirilib. Öncə Dövlət Himni səsləndirilib və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fidan Xəlillinin aparıcı olduğu tədbirdə BDU-nun Könüllülər Təşkilatının sədr müavini və Filologiya fakültəsi Könüllülər Təşkilatının sədri Aysun Məmmədova, sədr müavini Rəvan Quliyev və Fatimə Nağızadə Xocalı soyqırımı ilə bağlı çıxışlar ediblər.
Həmçinin tədbirdə Ülviyyə Orucovanın ifasında Filologiya fakültəsinin tələbəsi Nigar Xanəliyevanın Xocalı faciəsi haqqında yazdığı şeir səsləndirilib, bu qanlı hadisəyə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Bookmark and Share