Home AZ | EN | RU

Filologiya fakültəsinin Könüllülər və Tələbə Gənclər təşkilatları Novruz bayramını qeyd edib

18/03/2022

Martın 18-də BDU-nun Filologiya fakültəsi üzrə Könüllülər və Tələbə Gənclər təşkilatlarının birgə təşəbbüsü ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə müəllimlər və tələbələr iştirak ediblər.
Aydan Rüstəmzadə və Rəvan Quliyevin aparıcılığı ilə keçirilən tədbirdə Novruz bayramına aid dekorlar və xonçalar hazırlanıb, Lumu İspəndiyarzadə və Orxan İsmayılzadənin ifasında mahnılar səsləndirilib, Novruz adəti olan haxıştalar söylənilib. Sonda iştirakçılar yallı rəqsini ifa edib.

 

Bookmark and Share