Home AZ | EN | RU

Filologiya fakültəsinin dilçi alimləri Azərbaycan Dili və Ədəbiyyatı Forumunda iştirak ediblər

01/09/2023

Məlum olduğu kimi, 1-3 sentyabr 2023-cü il tarixlərində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilir.
Tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak etdiyi forum sentyabrın 1-də Şamaxı şəhərində başlayıb, sentyabrın 2-3-də isə Bakı şəhərində davam edəcək. Şamaxı şəhərində keçirilən forumda Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin dilçi alimləri də iştirak ediblər.
Ədəbi-elmi ictimaiyyətin iştirakı ilə geniş müzakirələrin aparıldığı forumda mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində Azərbaycan dili və ədəbiyyatın rolu, Azərbaycan dilinin saflığının qorunub saxlanılması, müasir ədəbi proseslər, ölkəmizdə uşaq ədəbiyyatının ideoloji mahiyyəti və müasir problemləri, milli kitab sənayesinin hazırkı vəziyyəti və bu sahəyə dövlət dəstəyi, uşaq və yeniyetmələr arasında mütaliənin təbliği, teatr və kinonun inkişafında ədəbiyyat faktoru və digər istiqamətlərdə diskussiyalar aparılıb.
Mütəxəssislərin Forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında əksini tapacaq.

Bookmark and Share