Filologiya faükltəsinin əməkdaşları Beynəlxalq elmi konfransda
04/05/2016Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ,Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. 300-dən artıq yerli və xarici alimin məqalələrinin qəbul olunduğu konfransa 10-dan çox xarici ölkədən elm adamları qatılıb.
Konfransda Bakı Dövlət Universitetinin filologiya fakültəsinin əməkdaşları - Klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Yeganə İsmayılova “Kitabi-Dədə Qorqud” dastanları və Azərbaycan ədəbiyyatı problemlərinin tədqiqində “Folklor və yazılı ədəbiyyat” münasibətləri modeli”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının əməkdaşı Gülnar Axundova “Azərbaycan ədəbiyyatında köynək simvolu”, “Türkoloji araşdırmalar” ETL-nin kiçik elmi işçisi Pərvin Eyvazov “B.Çobanzadənin dil tədqiqatlarında fonetik hadisələr” adlı elmi məruzələrlə çıxış ediblər.
