Home AZ | EN | RU

Filologiya fakültəsinin müəllimi beynəlxalq “TESOL” sertifikatına layiq görülüb

07/06/2022

BDU-nun Filologiya fakültəsi İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının müəllimi Gülənbər Abbasova ABŞ-ın Arizona Dövlət Universiteti tərəfindən beynəlxalq “TESOL” sertifikatına layiq görülüb. “TESOL” sertifikatı ana dili ingilis dili olmayan dil daşıyıcılarına dünyanın istənilən ölkəsində xarici və ya ikinci dil kimi ingiliscəni tədris etmək hüququ qazandıran beynəlxalq sənəddir.   
Gülənbər Abbasova Arizona Dövlət Universitetinin ekspertlərinin iştirakı ilə bir çox dərsləri tədris edib, tələbələrin dil bacarıqlarını əhatə edən dərs planları hazırlayıb və dərslərdə müasir təlim texnologiyalarından yararlanıb. İnnovativ metodlardan istifadə edən Gülənbər Abbasova dərsləri və tələbələrin qiymətləndirilməsini yüksək səviyyədə təşkil etməklə ekspertlərin müsbət rəyini alıb və 150 saatlıq “TESOL” proqramını uğurla tamamlayıb. Bu sertifikatla müəllimimiz təkcə Azərbaycanda deyil, dünyanın istənilən ölkəsində ingilis dilini tədris etmək hüququ əldə edib.
Qeyd edək ki, yeni və innovativ təhsil proqramları ilə tanınan Arizona Dövlət Universitetinin müəllimləri dünyanın 100-dən çox ölkəsində dərs aparan və ən müasir təcrübəyə malik pedaqoqlardır. Onlar dil müəllimlərinə ən son yenilikləri, həmçinin beynəlxalq təhsildə lazım olan yüksək standartlı bacarıq və səriştələr təqdim edirlər.

Bookmark and Share